Belçikada daşqınlar səbəbindən ölənlərin sayı 31 nəfərə çatıb

07:40 19-07-2021 313

Belçikada daşqınlar nəticəsində ölənlərin sayı artmaqda davam edir.

“RİA Novosti” ölkənin federal böhran mərkəzinə istinadən xəbər verir ki, təbii fəlakət qurbanlarının sayı artıq 31 nəfərə çatıb.

Məlumata əsasən, 163 nəfər hələ də itkin düşmüş hesab edilir.

Xilasetmə əməliyyatlarının dayandırıldığı, yalnız axtarış tədbirlərinin davam etdirildiyi bildirilib.

Həmçinin, yeni daşqınlar ehtimalının mövcud olmadığı qeyd edilib.