Qubada tanınmış restoranın sahibi cərimələndi - FOTO

14:20 19-07-2021 343

Qubada qanunsuz toy mərasimi keçirən restoran sahibi cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çənlibel” restoranında adı rəsmi portalda qeydiyyatda olmayan və karantin rejimi qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Restoranın sahibi barədə inzibati protokol tərtib edilib.