Uelsdə maşınla qayadan dənizə “uçan” qadın üzərək xilas oldu - VİDEO
21:45 13-08-2019 699
Uelsdə bir qadın maşını ilə uçurumdan dənizə düşüb.
Bu barədə WalesOnline nəşri xəbər yayıb.
Bildirilib ki, hadisə ölkənin cənub regionunda, Laymsleyd bölgəsində baş verib.
Yerli vaxtla səhər saat 6-da idarəetməni itirən qadın qaydan dənizə “uçub”. Daha sonra üzərək sahilə çıxmağı bacaran zərərçəkmişə hadisə yerinə gəlmiş xilasedicilər tibbi yardım göstəriblər.
Onun qəza zamanı maşında tək olduğu bildirilib.