Şəmkirdə su kanalında batan gəncin meyti tapılıb

21:20 19-07-2021 335

Şəmkir rayon Mahmudlu kənd ərazisində su kanalında batan şəxsin meyti tapılıb.

“Report” xəbər verir ki, su kanalında batan, 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun meyti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.