İngiltərə millisinin sabiq futbolçusu: “Mançiniyə nifrət edirəm”

21:40 19-07-2021 387

İngiltərə yığmasının və “Mançester Siti” klubunun sabiq müdafiəçisi Ueyn Bric İtaliya millisinin baş məşqçisi Roberto Mançiniyə nifrət etdiyini bildirib.

40 yaşlı keçmiş futbolçunun fikirlərini “Corriere dello Sport” nəşri yayıb.

“Mançini həqiqətən də məni incitdi, məhz bu səbəbdən ona nifrət edirəm. Bunu hamı bilir. Onun mənim karyeramda ən pis məşqçi olduğunu deməzdim. Ancaq taktika baxımından onu böyük mütəxəssis adlandırmaq olmaz. Onun nəticələr əldə etməsi yaxşıdır. Ancaq mənə bu barədə danışmaq çox acı gəlir”, - deyə U. Bric söyləyib.

Keçmiş futbolçu hesab edir ki, Mançininin rəhbərlik etdiyi komandalar onun məşqçilik keyfiyyətlərinə görə deyil, futbolçularına görə uğur qazanır.

“Mən onunla mübahisə edirdim. Mançininin rəhbərliyi altında məşq etməyi heç sevmirdim”, - karyerasını bitirən U.Bric deyib.