Merkel növbəti dəfə siyasətdən gedəcəyi vaxtı açıqladı

22:18 13-08-2019 586

Almaniya kansleri Angela Merkel növbəti dəfə böyük siyasətdən gedəcəyi vaxtı açıqlayıb.

TASS xəbər verir ki, kansler bu barədə “Ostsee-Zeitung” qəzetinin oxucuları ilə görüşündə deyib. 

O bildirib ki, 2021-ci ildə keçiriləcək növbəti Bundestaq seçkilərindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacaq.

“Əlbəttə, mən yenə siyasi şəxs olaraq qalacağam, amma aktiv siyasi fəaliyyətlə məşğul olmayacağam”, - deyə Merkel qeyd edib. 

Xanım kansler həmçinin Avropa Birliyi səviyyəsində fəaliyyətinə davam edəcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Angela Merkel 2018-ci ilin sonunda Xristian Demokrat Birliyinin sədri vəzifəsindən istefa versə də, kansler olaraq vəzifəsində qalıb.