Yol kənarı ilə gedən qadını maşın vurdu - VİDEO

09:27 16-03-2019 8

Gecə saatlarında paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qadını maşın vurub. 

Təxminən 35-40 yaşlarda, şəxsiyyəti hələlik məlum olmayan qadın yol kənarı ilə gedərkən “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Sürücü qadını txəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, qadının vəziyyəti ağırdır. 

Qeyd edək ki, sürücü Sabunçu polisi tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu