Salyanda karantin qaydaları pozuldu: Ev sahibi haqqında tədbir görüldü

11:20 20-07-2021 410

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Elşad Ələkbərovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 100 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub. 

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən beş nəfər şəxs barəsində qanunamüvafiq tədbir görülüb.