Azərbaycanlı ruhi xəstə Ermənistana keçdi - DSX məlumat yaydı

13:45 16-03-2019 6

Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb. Həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olun­ub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hazırda araşdırma işləri davam edir.

İlhamə Əbülfət