Ağstafada polislər bayramda şəhid ailələrini ziyarət ediblər – FOTO

19:40 20-07-2021 389

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini və aztəminatlı ailələri ziyarət ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrinin üzvlərini və aztəminatlı ailələri ziyarət ediblər.

Onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bayram sovqatları veriblər.