Samuxda zəncirvari yol qəzası, bir ailənin üç üzvü yaralandı

20:20 20-07-2021 393

Samux rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində, körpü yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “VAZ” və “Opel” markalı avtomobillər toqquşub.

Daha sonra avtomobillərdən biri “Moskviç” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 3-ü bir ailənin üzvlü olmaqla 4 nəfər xəsarət alıb. Onlar hadisə yerinə çağrılan 4 təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.