Hacıqabulda avtomobillə vurulan qadın öldü

00:20 21-07-2021 355

Hacıqabul rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

Haciqabul rayon sakini, 1967-ci il təvəllüdlü İsifova Sevda Ramazan qızı yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Qəza nəticəsində kəllə-beyin travması alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq S. İsifovanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasnı dəyişib.

Faktla bağlı araşdırma aparılır.