Yolu azaraq Ermənistana keçən azərbaycanlının anası danışdı

22:27 16-03-2019 8

Elvin kənddə hər gün gəzməyə çıxırdı, lakin həmişə vaxtında evə qayıdırdı.

Bunu HerGun.Az-ın qərb bürosuna Qazax rayon istiqamətində yolu azaraq düşmən tərəfinə, Noemberyan rayonu ərazisinə keçən İbrahimov Elvin Arif oğlunun anası deyib.

O bildirib ki, oğlu Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır və müalicə alır. E. İbrahimovun anası deyib ki, oğlu  15 mart səhər saat 8-də evdən çıxıb və geri dönməyib. Məlum olub ki, 33 yaşlı gənc yolu azaraq Ermənistanın Noemberyan rayonu ərazisinə keçib. Düşmən hərbçiləri tərəfindən açılmış atəş nəticəsində Elvin ayağından yaralanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, müvafiq beynəlxalq təşkilatlar E. İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Dövlət Komissiyası Elvin İbrahimovun azad edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.