Riki Martin: Onu terrorçu adlandırmırlar, çünki müsəlman deyil!

22:54 16-03-2019 6

Dünya mediasının Yeni Zelandiyada müsəlmanların kütləvi qətlinə münasibəti məşhur müğənni Riki Martini qəzəbləndirib.

O özünün Instagram səhifəsində aparıcı KİV-lərin bu hadisəyə lazımı reaksiya verməməsinin səbəblərini açıqlayıb. 

“Adam ibadət edən 40 nəfəri öldürüb, daha 20 nəfəri yaralayıb. Dünya mediası onu terrorçu deyil, atıcı ya ekstremist adlandırır. Niyə? Ona görə ki, o, müsəlman deyil”, - deyə müğənni vurğulayıb.

Xatırladaq ki, Avstraliya vətəndaşı, 28 yaşlı Brenton Tarrant Kraystçerç şəhərində məsciddə insanlara atəş açıb. Tarrant hücumu sosial şəbəkədə canlı yayımlayıb. Bir müddət sonra həmin kadrlar bütün sosial şəbəkələrdən, habelə aparıcı KİV-lərin səhifələrindən silinib.