Göygöldə yanğın olub

11:54 17-03-2019 6

Göygöl rayonunda yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə Hacıməlik qəsəbəsində olub. 

Ümumi sahəsi 24 m² olan birmərtəbəli bir otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.