Makrondan gözlənilməz bəyanat

15:18 17-03-2019 18

Fransa prezidenti Emmanuel Makron “sarı jiletlər”in Parisdə törətdiyi iğtişaşları pisləyib. 

O bu barədə özünün Twitter səhifəsində yazıb. 

Makron qeyd edib ki, baş verənləri artıq etiraz aksiyası adlandırmaq olmaz. “Bu insanlar respublikanı məhv etmək istəyirlər. Orada olanların hamısının bu işdə əli var”, - deyə o vurğulayıb. 

Fransa prezidenti həmçinin qeyd edib ki, oxşar halların gələcəkdə baş verməməsi üçün güclü qərarlar qəbul edilməlidir.