Mikrorayonda bədbəxt hadisə: iki yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı

03:09 14-08-2019 493

Nəsimi rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

HerGun.Az xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində, Mircəlal küçəsi 4 ünvanında baş verib.

2017-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu