Emin Ağalarov bədii gimnastika üzrə dünya çempionatının açılışında çıxış edəcək

16:36 14-08-2019 577

Azərbaycanın Xalq artisti, “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatı 16-22 sentyabrda baş tutacaq.

Turnirdə 62 ölkə iştirak edəcək.