Stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra qızılçadan öldü

06:54 15-08-2019 614

İsrailin EI AI aviaşirkətinin stüardessası qızılca xəstəliyindən ölüb.

“RenTV” xəbər verir ki, 43 yaşlı çoxuşaqlı ana Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub.

Uçuşdan bir neçə gün sonra stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb.

Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar.

İsrailin Səhiyyə Nazirliyi stüardessanın harada yoluxduğunu hələ ki müəyyənləşdirməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd olunduğunu qeyd edib.