Bakı şəhər icra hakimiyyəti başçısının keçmiş müavini vəfat edib

23:18 15-08-2019 611

Bakı şəhər icra hakimiyyəti başçısının keçmiş müavini Muxtarlı Xalid Xancan oğlu vəfat edib.

“Report” xəbər verir ki, o, bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

X.Muxtarlı bir müddət Səbail rayon icra hakimiyyəti başçısının I müavini vəzifəsində də çalışıb.

Qeyd edək ki, o, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Laboratoriya müdiri vəzifəsində də işləyib.