İntihar edən məşhur musiqiçinin borcları üzə çıxdı

03:09 16-08-2019 10

Mart ayında intihar edən “The Prodigy” qrupunun solisti Kit Flintin 7.3 milyon funt sterlinq borcu olduğu üzə çıxıb.

Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Nəşr orqanının məlumatına əsasən, Flintin 11.6 milyon funt sterlinqlik sərvəti bütün borcları ödəndikdən sonra 4.3 milyon funt sterlinqə qədər azalıb. Onun borcları arasında “De Bohun İnns Limited” pablar şəbəkəsinə 0.5 milyon funt sterlinq borcu da olub.

Eyni zamanda məlum olub ki, Flint ölümündən bir neçə gün əvvəl Esskes qraflığı, Danmou rayonundakı mülkünü də satışa çıxarıbmış. Onun evi 1.5 milyon funt sterlinq dəyərində qiymətləndirib.

Bildirilir ki, maliyyə problemləri fonunda son iki il ərzində 1.5 milyon funt sterlinq gəlir əldə edib. Qeyd edək ki, Flintin meyiti 4 mart tarixində onun Danmoudakı evində tapılıb.

Onun arvadı Mayumi Kai ilə boşanmadan sonra depresiyaya düşərək intihar etdiyi ehtimal edilirdi. Artistin qanında kokain, alkoqol və kodein aşkar edilmişdi.