32 yaşlı kişini maşın vurdu
04:00 16-08-2019 633
Nərimanov rayonunda 32 yaşlı kişini maşın vurub.
HerGun.Az xəbər verir ki, minik avtomobili 1987-ci il təvəllüdlü Sadıqov Nasir Novruz oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ona qapalı kəllə-beyin travması, ayağın açıq sınığı diaqnozu qoyulub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu