Avtomobil yarışları çempionu təyyarə qəzasında sağ qaldı - VİDEO

07:45 16-08-2019 608

Amerikalı yarış avtomobili sürücüsü Deyl Ernhardt ailəsi ilə birlikdə təyyarə qəzasına düşüb və sağ qalıb.

ABC xəbər verir ki, hadisə Tennesi ştatında, Elizabetton şəhərinin aerodromunda qeydə alınıb.

“Cessna Citation” təyyarəsi aerodroma eniş zamanı enmə-uçuş xəttindən çıxıb və alışıb.

Hadisə zamanı NASCAR avtomobil yarışları üzrə ikiqat çempion Deyl Ernhardt (kiçik), onun bacısı, həyat yoldaşı və 1 yaşlı qızı Ayla da hadisə zamanı təyyarədə olublar. Xoşbəxtlikdən onlar hamısı sağ qalıblar.

NASCAR avtomobil yarışları üzrə ikiqat çempion Deyl Ernhardt karyerasını 2017-ci il mövsümündən sonra başa vurub. Onun atası Deyl Ernhardt isə NASCAR yarışlarının yeddi qat çempionu olub və 2001-ci ilin yarışlarında həlak olub.