Yol polislərinin forması dəyişdi

12:27 16-08-2019 827

Bakıda yol polisi əməkdaşlarına yeni formalar verilib.

Bunu HerGun.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yeni formalarda kəmərlər işıqqaytarıcı xüsusiyyətlərə malikdir:

"Dünəndən etibarən paytaxt ərazisində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yeni formalarla xidmət başındadır".

V.Əsədov qeyd edib ki, yeni formalar tünd göy rəngli şalvar və üzərində qırmızı zolaq olan köynəklərdir:

"Forma üçün nəzərdə tutulan ağ və işıqqaytarıcı xüsusiyyətə malik dəri kəmərlər də var".