24 yaşlı Şəmkir sakini Kürdə boğulub

22:20 22-08-2021 332

Kür çayının Samux ərazisindən keçən hissəsində suda boğulma faktı qeydə alınıb. 

HerGun.Az hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, boğulan gənc Şəmkir sakini, 1997-ci il təvəllüdlü Ələkbər Ələkbərovdur. 

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Araşdırma aparılır.

İlhamə Əbülfət