Teymur Musayev: “Hazırda xəstəxanada yatanların 97 faizi peyvənd olunmayanlardır”

22:40 22-08-2021 328

“Hazırda xəstəxanada yatanların 97 faizi, reanimasiyada müalicə alanların isə 98 faizi peyvənd olunmayanlardır”.

HerGun.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, indiyədək ölkədə 350 min nəfər koronavirusa yoluxub:

“Kütləvi immunitet 65-70 faizə yaxınlaşsa, yoluxmanın qarşısını ala bilərik. Bir şeyi qeyd edim ki, peyvənd olduqdan sonra bu xəstəliyə yoluxanların heç biri reanimasiyada süni aparatına qoşulmayıb”.

Nazir müavini peyvəndlə bağlı insanlara çağırış da edib:

“İnsanlara müraciət edirəm ki, peyvənd olunsunlar və COVID-19-a yoluxduqda xəstəliyi ağır keçirməsinlər”.

İlhamə Əbülfət