İran Yaponiya banklarındakı dondurulmuş vəsaitlərini geri istəyib

01:40 23-08-2021 307

İran prezidenti İbrahim Rəisi ABŞ-ın mövqeyinə görə Yaponiya banklarında dondurulmuş ölkə vəsaitlərinin geri qaytarılmasını istəyib.

TASS xəbər verir ki, bu barədə o, Tehranda Yaponiyanın xarici işlər naziri Tosimisu Moteqi ilə görüşündə bildirib. Dövlət başçısı vurğulayıb ki, Yaponiya tərəfindən İran aktivlərinin qaytarılmasının yubadılması əsassızdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp zamanında İrana qarşı növbəti sanksiyaların qəbulundan sonra rəsmi Tokio ölkədəki 2-3 milyard dollarlıq İran aktivlərini dondurub.