Əminağa Quliyev karate üzrə ikiqat Avropa çempionu oldu - FOTO

02:40 23-08-2021 421

Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə, çempionatın sonuncu günündə karateçilərimiz daha 3 medal qazanıblar.

Belə ki, 18-21 yaşadək gənclərin kumite yarışında Əminağa Quliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək ikiqat Avropa çempionu adını qazanıb.

Hüseyn Məmmədli (67 kq) və Mədinə Sadiqova (55 kq) isə bürünc medala sahib olublar.

Qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.

Beləliklə, Avropa çempionatına 24 karateçi ilə qatılan komandamız 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edib.