Əfqanıstanın keçmiş naziri Almaniyada velokuryer işləyir - FOTO

04:00 23-08-2021 345

Əfqanıstanın keçmiş kommunikasiya naziri Seyid Əhməd Şah Sadat hazırda Almaniyanın Leypsiq şəhərində velokuryer kimi çalışır.

“Haber Global”ın məlumatına görə, sabiq məmur “Leipziger Volkszeitung”a müsahibə verib.

O, indi sadə həyat tərzi yaşadığını bildirib.

Qeyd edək ki, Sadat 2018-ci ilədək nazirlər kabinetinin üzvü olub.