Kürdəmirdə avtomobil qəzası baş verib: Xəsarət alan var - FOTO

12:40 23-08-2021 383

Kürdəmir rayonunda avtomobil qəzası baş verib, xəsarət alan var.

“Report” xəbər verir ki, hadisə rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan “Mercedes” markalı avtomaşınla VAZ-2107 markalı avtomaşın toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü 27 yaşlı Abdullayev İmran Qəşəm oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralı həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.