Polis 28 yaşlı ruhi xəstəni axtarır - FOTO

10:45 15-04-2019 7

Qusarda 28 yaşlı gənc itkin düşüb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilir ki, 28 yaşlı, Qusar rayonunun İmamqulukənd kənd sakini Vilyeddin Əlixlalov martın 2-si səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxanda əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub. Boyu 175 sm, qara saçlı, orta bədən quruluşludur. Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin, Qusar Rayon Polis Şöbəsinin 023-385-22-22 şəhər və (055)265-55-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.