Rusiyada “Beta Tea” çayları sınaqdan keçirildi

10:45 15-04-2019 6

Rusiyada istehlakçıların hüquqlarını qoruyan “Roskontrol” regional ictimai təşkilatı “BETA TEA” çaylarını sınaqdan keçirib.

Sınaq nəticələrinə əsasən, iri yarpaqlı “Beta Golden Selection” Seylon qara çayı qiymətləndirilərək Rusiyanın keyfiyyətli və etibarlı məhsulu seçilib.    

Bu “BETA TEA” şirkətinin işinə, məhsul istehsalına, həmçinin məhsul keyfiyyətinə ədalətli və məsuliyyətli yanaşmasının nəticəsidir.

Nüfuzlu “Roskontrol” təşkilatının bu qiymətləndirməsi “BETA” şirkətinə etibar edən milyonlarla istehlakçının məhsul alarkən doğru və şüurlu seçiminə, ən yaxşı və təhlükəsiz məhsul almasına kömək göstərir.

Aparılan sınaqların nəticələri açıq şəkildə “Roskontrol” saytında yerləşdirilərək media tərəfindən geniş formada işıqlandırılıb.