Türkiyə voleybolçularından daha bir qələbə

02:00 24-08-2021 648

Türkiyənin qadın voleybolçularının Avropa çempionatındakı qalibiyyət seriyası davam edir.

“Haber Global”ın məlumatına görə, “sultanlar” D qrupu çərçivəsində keçirdikləri dördüncü oyunda da qələbə qazanıblar.

Bu dəfə xanımlar finlandiyalı rəqiblərini 3:0 hesabıyla məğlub ediblər.

Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi Rumıniya, Ukrayna və İsveç seçmələrinə də qalib gəlib.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.