Azərbaycan klubu Çempionlar Liqasında meydan sahiblərinə qarşı

11:40 24-08-2021 431

Bu gün futzal üzrə Çempionlar Liqasındakı təmsilçimiz “Araz-Naxçıvan” turnirin ilkin mərhələsində növbəti oyununu keçirəcək.

HerGun.Az xəbər verir ki, komandamız meydan sahibi olan Latviyanın “Raba” klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Joze Alesionun baş məşqçisi olduğu komanda ilk oyunda “Yuropa”ya (Cəbəllüttariq) 9:2 hesabı ilə qalib gəlib. Komandamız ikinci qarşılaşmasında isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib – 4:4. Komandamız hazırda dörd xalla qrupda Finlandiya komandası ilə birgə 1-2-ci yerləri bölüşdürür.

Reqlamentə əsasən qrup qalibləri əsas mərhələyə vəsiqə qazanır.