Türkiyəyə müalicəyə gedən yeddi qazimiz Vətənə geri döndü - FOTO

14:40 24-08-2021 408

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən yeddi qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan verilən məlumata görə, vətənə qayıdan qazilərimiz Mehtiyev Namiq Mureddin oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Əliyev Cahangir Gülbala oğlu, Hüseynov Tural Araz oğlu, Babayev Elnur Əlihüseyn oğlu, Cavadzadə Fuad Sənani oğlu və Atakişiyev Rəşad Nazim oğludur.

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün portal istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.