Nur-Sultanda Xəzərlə bağlı vacib toplantı keçiriləcək

10:18 16-04-2019 7

16-17 aprel tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultanda Xəzər məsələləri üzrə yüksək səviyyəli İşçi qrupun ikinci toplantısı keçiriləcək.

Bu barədə “BNews.kz” Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının gerçəkləşdirilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.

 Azərbaycanı toplantıda Nazirlər Kabineti aparatının rəhbəri Xələf Xələfov təmsil edəcək.