Dağıstanda minlərlə yerli sakin itkin düşən beş nəfərin axtarışını aparır - FOTO

19:00 24-08-2021 316

Rusiyanın Dağıstan Respublikasının ərazisində xilasedicilər yerli sakinlərlə birlikdə dağlıq ərazidə sel suları nəticəsində itkin düşmüş insanları axtarır.

“İnterfaks” agentliyi bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinə istinadən xəbər yayıb.

İtkin düşənlərin axtarışına minlərlə yerli sakinlə bərabər onlarla texnika və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Qeyd olunur ki, itkin düşənlər ana və onun 21 yaşlı oğlu, “Qazel” markalı avtomobilin sürücüsü və əraziyə turist kimi səfərə etmiş Moskva və Sankt Peterburq şəhərinin iki sakinidir.