Ceyhun Yusifov vəkilliyə qayıtdı

13:54 16-04-2019 7

Ötən il Dövlət Gömrük Komitəsinin (DGK) İstintaq İdarəsinə rəis təyin olunan tanınmış vəkil Ceyhun Yusifov yenidən vəkillik fəaliyyətinə başlayıb. 

HerGun.Az-ın məlumatına görə, o, Vəkillər Kollegiyasına geri qayıdıb. 

Qeyd edək ki, C.Yusifov bir çox məşhur şəxslərə vəkillik edib. 

O, ötən il martın 2-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri tərəfindən “Fəxri Fərman”la təltif olunub. 

Sentyabrın 14-də isə DGK İstintaq İdarəsinə rəis təyin edilib. C.Yusifov yeni təyinatla əlaqədar vəkillik fəaliyyətini dayandırmışdı.

Samir İsayev