65 yaşında 814 kilometr məsafəni piyada qət etmək qərarına gəldi - FOTO

04:40 25-08-2021 630

65 yaşlı Türkiyə vətəndaşı Hasan Demir beş ilə yaxındır ki, idman etmək və çəkisini aşağı salmaq üçün mütəmadi olaraq uzun məsafəli yolları piyada qət etməyə üstünlük verir.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, bir müddət əvvəl H. Demir yaşadığı İstanbul şəhərindən Muğla əyalətinin Fəthiyə rayonuna kimi olan məsafəni piyada qət etmək qərarına gəlib.

Yaşlı kişi öz məqsədinə çatmaq naminə 814 kilometr məsafəni gəzərək qət etməlidir.

O, hər gün 90 kilometr məsafə yeriyir.

Hazırda Sakarya vilayətinə yetişən H. Demir səyahətinin təxminən doqquz gün çəkəcəyini bildirib.