İtaliyanın beş şəhəri “Avroviziya”ya ev sahibliyi uğrunda mübarizə aparacaq

05:40 25-08-2021 509

İtaliyanın Milan, Bolonya, Pezaro, Rimini və Turin şəhərləri “Avroviziya 2022” mahnı yarışmasının keçirilməsi uğrunda mübarizə aparacaq.

Bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Bildirilib ki, ilk öncə 17 şəhər tədbirin təşkilində maraqlı olduğunu bəyan edib. Lakin onlardan yalnız 11-i müsabiqənin təşkilat komitəsinə rəsmi müraciət ünvanlayıb. Yoxlamalar nəticəsində həmin şəhərlərdən yalnız 5-nin müvafiq tələblərə cavab verdiyi müəyyən olunub.

Qeyd edək ki, Rotterdamda keçirilən “Avroviziya 2021” yarışmasında məhz İtaliya təmsilçisi olan “Maneskin” rok qrupu qələbə qazanmışdı.