Bakıda binada yanğın - VİDEO

18:00 16-04-2019 25

Bakıda doqquzmərtəbəli binada yanğın baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, yanğın yeddinci mərtəbədəki mənzilin mətbəx otağında başlayıb və ətrafa yayılıb. Xəsarət alan və ölən olmayıb.

Fövqəladə Hallar Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin bir otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.