Həssas qruplara aid şəxslər avtomobil və mühərrikli araba ilə təmin olunublar

12:40 25-08-2021 352

Həssas qruplara aid şəxslərin avtomobillə, mühərrikli araba ilə təminatında sosial tərəfdaşlar öz dəstəyini verməkdə davam edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sahibkarların bu istiqamətdə fəaliyyəti imtiyazlı şəxslərin mənzillə təminatı sahəsində olduğu kimi, sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin avtomobillə, mühərrikli araba ilə təminatında da özünü göstərir.