Yay fəslində uşaqların xəstələnməsi, qusma və ishal hallarının səbəbi AÇIQLANDI

15:40 25-08-2021 303

Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov yay mövsümündə uşaqların xəstələnməsi, qusma və ishal halları ilə bağlı məsələyə aydınlıq gətirib.

HerGun.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib.

O, bunu yay mövsümünə aid rotavirusla əlaqələndirib:

“Rotavirus yay mövsümündə sıx yayılır. Bu hər yanda ola bilər və insandan-insana keçə bilir. Böyüklər bu xəstəliyi uşaq vaxtı keçirdiyi üçün indi az hallarda xəstələnirlər. Amma uşaqlarda bu xəstəliyə tez-tez rast gəlinir.

Uşaqlar rotavirusla xəstələnən zaman şəxsi gigiyenaya diqqət etmək lazımdır. Maye qəbul etmək vacibdir. Uşaq mayeni qəbul etmirsə, o zaman damar yolu ilə maye verilməlidir”.

İlhamə Əbülfət