İspaniyada restoran müştərisi dörd min avro çay pulu verib

07:00 26-08-2021 309

İspaniyalı iş adamı Raul Kastanyeda restoranda ofisiantlara 4098 avro çay pulu verib.

“Cadena SER” radiosu məlumat verir ki, hadisə Marbelya kurort şəhərində yaşanıb.

İş adamı restoran müştərilərindən birinin sosial şəbəkələrdəki payaşımından sonra bu addımı atıb. Paylaşımda həmin müştəri 372 avro xidmət haqqı da daxil olmaqla, 4098 avro hesab ödədikdən sonra ofisiantların ondan çay pulu istəmələrindən narazılığını bildirib.

Postu görən iş adamı həmin restoranda 6 nəfərlik masa sifariş edib. Şam yeməyindən sonra isə o, hesaba 4098 avro çay pulunu da daxil etməyi xahiş edib. Kastanyedenin masa xərci də bir o qədər təşkil edib. Daha sonra o, “Instagram”da həmin müştəriyə cavab yazaraq, onun lovğalandığı hesab məbləğini ofisiantlara çay pul olaraq verdiyini qeyd edib.