Bakıda kran aşdı: Sürücü avtomaşınla qoşqunun arasında qalıb öldü

14:40 26-08-2021 477

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şossesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı idarə edib. Ətalətini itirən avtokranın qoşqunun üzərinə düşməsi nəticəsində Ü.Şəmiyev iki nəqliyyat vasitəsi arasında sıxılı vəziyyətdə qalaraq ölüb. 

Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.