ABŞ hərbçiləri təlimdə öz döyüş gəmisini hədəfə aldı - VİDEO

17:40 26-08-2021 370

ABŞ hərbçiləri SINKEX təlimləri çərçivəsində öz döyüş gəmisini hədəfə alıb.

Döyüş hazırlıqlarını yoxlamaq qərarına gələn hərbçilər istismardan çıxarılan “Ingraham” hərbi gəmisini məhv ediblər.

Freqatın məhv edilməsi prosesi ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi saytında yayımlanıb.

Hücum nəticəsində gəmi parçalanaraq qıssa müddət ərzində okean sularında qərq olub.