Xəzər məsələləri üzrə işçi qrupun növbəti iclası İranda keçiriləcək

18:18 17-04-2019 19

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası iyulda İranda keçiriləcək.

Bu barədə işçi qrupunun Nur-Sultanda keçirilən iclasının yekununda qəbul edilmiş kommünikedə deyilir.

Qeyd edək ki, iclas aprelin 16-17-də Qazaxıstanın paytaxtında keçirilib.

Azərbaycan iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri, Azərbaycan Respublikasının Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupundakı nümayəndəsi Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Tərəflər Xəzər dənizində birbaşa çıxış xətlərinin müəyyənləşdirilməsinin metodikası ilə bağlı müqavilənin layihəsini müzakirə ediblər.

Bundan əlavə iclasda Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçiriblər və Beşinci Xəzər Sammiti çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.