“Neftçi” Hayfada qapısından dördüncü topu da buraxdı - YENİLƏNİR

22:40 26-08-2021 438

“Makkabi” Azərbaycan çempionu “Neftçi”yə daha bir qolu vurdu. Məhəmməd Əbu Fani 69-cu dəqiqədə hesabı 4:0-a çatdırdı. İsrail çempionu Bakı komandasını darmadağın edir.

22:15

“Neftçi” Hayfa şəhərində qapısından üçüncü topu da buraxdı. Dolev Haziza 52-ci dəqiqədə penaltidən hesab arasındakı fərqi artırdı. Bununla da “Neftçi” ardıcıl üçüncü avrokubok matçında qapısından üç top buraxmış oldu.

21:51

“Neftçi” 45+2-ci dəqiqədə daha bir topu qapısında gördü. Bakıdakı oyunda hesabı açmış və bu matçda məhsuldar ötürməyə imza atmış Ömər Atzili bu dəfə də qol vurdu. “Neftçi”nin matçı əlavə vaxta aparması üçün meydan sahiblərinə iki qol vurması lazımdır. Hazırda komandalar fasiləyə yollanıb.

21:21

“Neftçi” 20-ci dəqiqədə hesabda geri düşdü. Sun Menaxem hesabı açdı.

21:01

Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçirilən “Makkabi” (Hayfa, İsrail) – “Neftçi” matçı başlayıb.

HerGun.Az xəbər verir ki, komandalar oyuna aşağıdakı heyətlərlə çıxıblar:

“Makkabi” (Hayfa): 44. Coşua Kohen, 2. Rayan Strain, 5. Boqdan Planiç, 12. Sun Menaşem, 24. Ori Dahan, 7. Omer Atzili, 14. Xose Rodriqes, 16. Məhəmməd Əbu Fani, 10. Tyaron Xeri (k), 8. Dolev Haziza, 21. Din David
Ehtiyat oyunçular: 30. Ariel Barduqo, 77. Royi Fuks, 3. Şon Qoldberq, 18. Yuval Aşkenazi, 9. Ben Sahar, 15. Ofri Arad, 55. Rami Qerşon, 26. Mahmud Cabir, 33. Maor Levi, 25. Yozef Raz Meyr, 4. Əli Məhəmməd, 11. Qodsvay Donyo

“Neftçi”: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 11. Aramiz Suares, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 29. Sabir Buqrin, 14. Romen Bask, 4. Uqu Bastu, 19. Fəhmin Muradbəyli, 20. Mərt Çəlik, 10. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov

Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilmiş ilk görüş 3:3 hesabı ilə başa çatıb. Qalib komanda yeni turnirin qrup mərhələsinə vəsiqə qazanacaq.