Bakı metrosunda problem: Sıxlıq yarandı - FOTO

19:00 15-05-2019 10

Bakı metrosunda qatarlar doqquz dəqiqədən çox yubanıb, sərnişinlər arasında sıxlıq yaranıb.

Bununla bağlı Xəyalə Rəis özünün sosial hesabından paylaşım edib.

Məsələ ilə bağlı HerGun.Az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib ki, gecikməyə səbəb qatarlardan birinin depoya getməsidir:

“Texniki səbəbdən yoxlanış üçün qatarlardan biri depoya yola salınıb. İki qatar arasında yaranan interval təxminən iki dəqiqəyə yaxındı. Bu pik saata təsadüf etdiyindən stansiyalarda sərnişin sıxlığına səbəb olub. Xəttə yeni qatar buraxılıb. “Nizami” stansiyasından “Dərnəgül” stansiyasına qədər iki qatar arasındakı interval davam edəcək. Ondan sonrakı qatarlar qrafika uyğun qaydada hərəkətini davam etdirəcək”.

Könül Cəfərli