Minik maşını yol kənarındakı avtomobilə çırpılıb çevrildi - ANBAAN VİDEO
08:20 29-09-2021 452
Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy bölgəsində idarəetməni itirən sürücü yol kənarındakı avtomobilə çırpılandan sonra çevrilib.
Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yol nəqliyyat hadisəsinin səbəbləri araşdırılır.
Mənbə: “İhlas Haber Ajansı” (İHA)